Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“FIFA 22” üzrə ən böyük PS4 turniri indi Bakıda!

Qeydiyyatdan keçməyə tələs! Bacarıqlarını hamıya göstər, PS5 qazanmaq şansını qaçırma.

Stadionda canlı oyun izləyirmiş hissini verən “FIFA” oyununu hansı futbol həvəskarı sevmir ki? Yəqin, bu il onların gözü oktyabr ayında təqdim ediləcək “FIFA 22” oyununda idi. İndi isə dekabr ayını da səbrsizliklə gözləmək üçün daha bir səbəb var: “FIFA 22” üzrə ən böyük “PS4” turniri bu il Bakıda keçiriləcək!

Dekabr ayının 4-ü başlayacaq turnirin 12 dekabrda bitməsi planlaşdırılıb. Yarışlara hazırlaşmaq üçün xeyli vaxtın olsa da, unutma ki, oyunlar “PlayStation 4” ilə oynanılacaq: təcrübəni artırmaq üçün bu oyuna üz tut.

1 həftə davam edəcək seçim mərhələsinin keçiriləcəyi məkanın sənə rəqabət və qalibiyyət hissi qatacağına əminik — “Qarabağ PlayStation Club”.

Seçim mərhələsindən keçənlər isə 12 dekabr tarixində “Park Cinema” kinoteatrının nəhəng ekranında oynanılacaq final oyunlarına bilet qazanacaq.

Bütün iştirakçıları unudulmaz təcrübə və əyləncəli rəqabət gözləyir. Üstəlik, qalib olsan, evə özün ilə “PlayStation 5” oyununu da aparacaqsan. Bu şansı qaçırma deyərdik!

Qeydiyyat artıq yaşı 18-dən yuxarı olan hər kəsə açıqdır. Əlavə heç nəyə ehtiyac yoxdur, bacarıqlarına güvənirsənsə, elə indi pulsuz qeydiyyatdan keç, oyununu hamı görsün!

Qeydiyyat linki: http://redbull.az/fifa22

www.yenicag.az

122
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100