!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FIFA-dan əfsanəvi futbolçu ilə bağlı QƏRAR

!Reklam – Yazi

FIFA-nın müstəqil etika komitəsinin məhkəmə palatası 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının Təşkilat Komitəsinin keçmiş sədri, saxtakarlıqda ittiham olunan Frants Bekkenbauerlə bağlı işə xitam verib.

Yenicag.az xəbər verir ki, buna iddia müddətinin başa çatması səbəb olub.

Həmçinin ali futbol qurumu sözügedən məsələdə günahlandırılan Horst Rudolf Şmidt və Teo Tsvantsigerin də işinin bağlandığını elan edib.

Qeyd edək ki, 2016-cı ildə “Spiegel” nəşri Almaniyanın FIFA İcraiyyə Komitəsindəki dörd məmura rüşvət verdiyini yazıb. Qəzetin iddiasına görə, ölkədəki rəqabət komissiyası bunun üçün gizli fond yaradıb. O vaxt “Adidas” rəhbəri olan Luis-Dreyfusun fonda 10,3 milyon İsveçrə frankı bağışladığı bildirilib. Almaniya millisinin əfsanəvi futbolçusu Frants Bekkenbauerin həmin fondun yaradılmasından xəbər olduğu vurğulanıb./Report/

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv