FİFA-dan Messiyə ağır cəza

FİFA Argentina millisinin kapitanı Lionel Messini cəzalandırıb.

Yeniçağ.az Qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində Çiliyə qarşı matçda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzaya məruz qalıb. Bundan başqa ona 10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.

Qeyd edək ki, “Barselona”nın hücumçusu cəza səbəbindən DÇ-2018-in seçmə mərhələsinin yalnız son oyununda meydana çıxa bilər.

Yeniçağ.az