FİFA-dan sərt QƏRAR

FİFA irçiliklə bağlı cəzanı sərtləşdirib.

Yenicag.az xəbər verir ki, bundan sonra oyunlar zamanı irqçi davranışa görə 10 oyunluq cəza veriləcək.

Qurumun yaydığı bəyanatda qeyd edilib ki, FİFA irqçi – şəxslərin dərisinin rənginə, etnik və milli mənsubiyyətinə, sosial qruplarına, seksual oriyentasiyasına, dininə və dilinə, sağlamlığına, siyasi baxışlarına və sair təhqirlərə məruz qalan heç kimi köməksiz qoymayacaq: “Azarkeşlər irqçiliyə yol verərsə, bu halda onların klubları cəzalandırılacaq. İlk növbədə klub, yaxud milli assosiasiyanın stadionunun tribunasının bir qisminin qapadılması və 20 min İsveçrə frankı məbləğində cəza nəzərdə tutulur. Hakim ayrı-ayrı vaxtlarda irqçiliyə və diskriminasiyaya görə oyunu dayandırarsa, bu halda matç ləğv ediləcək”.