!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FİFA DÇ-yə təyinat almış hakimi siyahıdan sildi

!Reklam – Yazi

FİFA Səudiyyə Ərəbistanından olan referi Fahad Əl-Mirdasini DÇ-2018-ə təyinat almış hakimlərin siyahısından çıxarıb.

Yenicag.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Buna Fahadın danışılmış oyunlarda iştirakda ittiham edilməsi səbəb göstərilir. Əl-Mirdasi mayın 12-də keçirilən ölkə kubokunun final qarşılaşmasına təyinat alıb. Ancaq hakim matçdan bir gün öncə finalda oynayacaq komandalardan biri ilə əlaqə saxlayaraq, onlardan mükafat tələb edib. Klub rəhbərliyi məsələ ilə bağlı federasiyanı məlumatlandırıb. Federasiya isə hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Fahad Əl-Mirdasi həbs olunub.

Səudiyyə Ərəbistanının futbol federasiyası baş verənlərdən sonra Əl-Mirdasini ömürlük cəzalandırıb.

www.yenicag.az

1317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv