FİFA Mahiri cəzalandırdı

FİFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Legiya”nın hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski tviter hesabında paylaşım edib.

Ali futbol qurumu onu maliyyə fair-pley-inə əməl etmədiyinə görə futboldan uzaqlaşdırıb.

Belə ki, qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməlidir.

Əks-halda onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

Qeyd edək ki, 2021-ci il dekabrın 12-də “Legiya” Plotsk “Visla”sı ilə Ekstraklasanın 18-ci tur oyunundan qayıtdığı vaxt varşavalı azarkeşlər komandanın avtobusuna soxulublar. Onlar Mahir Emreli və Lukinyası döyüblər. Nəticədə azərbaycanlı futbolçu klubdan ayrılmağı qərara alıb və Zaqreb “Dinamo”suna keçib.