Bu il Bakıda keçiriləcək “FIFA series” turnirinin tarixi dəqiqləşib.
Yenicag.az Azertag-a istinadən xəbər verir ki, miniturnir martın 22-də start götürəcək.
Turnirdə iki oyun günü nəzərdə tutulub. Martın 22-də Azərbaycan millisi Monqolustanla, Bolqarıstan yığması Tanzaniya ilə üz-üzə gələcək.
Üç gün sonra isə yığmamız Bolqarıstanı, Tanzaniya isə Monqolustanı sınağa çəkəcək.
Qeyd edək ki, “FIFA series” ali futbol qurumunun yeni layihəsidir. Miniturnir təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə təşkil olunacaq və orada fərqli konfederasiyalardan A milli komandalar iştirak edəcəklər.