FİFA prezidenti Azərbaycana gəlir

FİFA-nın yeni prezidenti Canni İnfantino ilk dəfə Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri noyabrın 21-də Bakıda FİFA İcraedici Futbol Sammitinə qatılacaq.

Tədbirdə FİFA-nın baş katibi Fatma Samura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək.

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.

COP29