FİFA prezidentinə qarşı cinayət işi açılıb

5eeb9abcab0c8e266475782d79751e79İsveçrə prokurorluğu FİFA-nın prezidenti Yozef Blatterə qarşı cinayət işi açıb.

Sentyabrın 25-də Y.Blatter prokurorluq əməkdaşları tərəfindən dindirilib.

Bundan əvvəl naməlum səbəbdən onun mətbuat konfransı ləğv edilib. İsveçrə prokurorluğunun məlumatına görə, FİFA prezidenti vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Y.Blatterin ofisində axtarış həyata keçirilib və bütün sənədlər götürülüb.