Beynəlxalq Futbol Federasiyasının (FİFA) nizam-intizam komitəsi ispaniyalı futbolçu Cennifer Hermosonun razılığı olmadan dodaqlarından öpdüyü üçün istefa verməkdən imtina edən İspaniya Futbol Federasiyasının rəhbəri Luis Rubialesi müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıb.
Yenicag.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
Rubiales, FİFA tərəfindən avqustun 24-də ona qarşı açılan intizam icraatına qədər, milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən 90 gün müddətinə uzaqlaşdırılıb.
Xatırladaq ki, ispanların ingilisləri məğlub etdiyi (1:0) DÇ-2023 finalından sonra keçirilən mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Luis Rubiales Cennifer Hermosonu qucaqlayıb və dodaqlarından öpüb. Bu isə etirazla qarşılanıb.