!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

FİFA referisidir, amma satıcı işləyir - Qaçqın hakimin həyatı

!Reklam – Yazi

Əslində FİFA referisidir, amma indi market işlədir. Həm də işlətdiyi marketin oğlu ilə birlikdə satıcısıdır.

Yenicag.az xəbər verir ki, söhbət suriyalı Şakir Alhasan Alhammadidən gedir.

Ölkəsində baş verən müharibədən qaçıb Türkiyəyə sığınan futbol hakimi dolanışığını market işlətməklə təmin edir.

50 yaşlı Şakir 2006-cı ildə dünya çempionatının seçmə mərhələsində Fələstin-İraq, Qətər-Çin, Özbəkistan-Yaponiya, Səudiyyə Ərəbistanı-Cənubi Koreya kimi qarşılaşmaları idarə edib.

Bir vaxtlar mühüm qarşılaşmalara təyinat alan ədalət təmsilçisi indi oyunları televizordan, ya da marketdə komputer vasitəsi ilə izləyir.

4 ildir ki Türkiyənin Kayseri şəhərində məskunlaşan Alhammadi 2004-cü ildə FİFA referisi adını alıb. Bildirir ki, ən böyük xəyalı dünya çempionatının final mərhələsinə təyinat almaq olub:

“Favoritim Belçikadır. Finalın İngiltərə və Belçika arasında baş tutacağını düşünürəm. Belçika 15 ildir ki, bu heyəti qurmağa çalışır və bunu bacarıb. Çox yaxşı oynayırlar. Braziliya isə son oyunda pis oynadı və mübarizədən kənarlaşdırıldı. Türk hakimlərdən Cüneyt Çakırı bəyənirəm. Hazırda mundialda oyun idarə edən hakimlər arasında dostlarım da var. Türkiyədə peşəkar səviyyədə olmasa belə, həvəskarların çempionatında oyun idarə etmək istərdim. Bacardığım qədəri ilə burada oyunları stadiondan izləməyə çalışıram. Amma FİFA referisi olmağıma baxmayaraq, stadionlara girməkdə çətinlik çəkirəm. Məsul şəxslər bu məsələdə mənə yardım etsələr, yaxşı olar”.

Emin

www.yenicag.az

2978
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv