FIFA Türkiyə və Suriyaya zəlzələyə görə humanitar yardım göstərəcək.
Yenicag.az xəbər verir ki, bu barədə futbol qurumunun rəsmi vebsaytı məlumat yayıb. Bunun üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.
FIFA Türkiyə Futbol Federasiyası (TFF), Suriya Futbol Assosiasiyası (SFA) və qeyri-hökumət təşkiları ilə məsləhətləşmələrdən sonra zəruri əşyaların alınmasına, paylanmasına başlayacaq.
Qurum vəziyyəti izləyəcəklərini, gələcək tədbirlər üçün TFF və SFA ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib.