Fikir ayrılığına səbəb olan görüntülər: Putin şəkillərdə gənc göstərilir? – AÇIQLAMA / FOTO

“Hər liderin PR komandası olur”.

Bunu “Putin niyə rus mətbuatında cavan, xarici mətbuatda yaşlı görünür?” sualını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, informasiya müharibəsində Rusiyaya qarşı ciddi cəbhələr formalaşıb:

“Rusiya informasiya müharibəsində Ukraynaya məğlub olur. Ukrayna və Qərb mətbuatı tərəfindən dövriyyəyə buraxılan xəbərlər beynəlxalq rəydə fikir ayrılığına səbəb olur. Ukraynanın işğalı fonunda beynəlxalq sanksiyalar qarşısında Putinin əsəb-stress keçirməsi faktoru ortadadır. Yaş üzərinə yaş gəldiyini də unutmamaq lazımdır.

Fotoşəkillərdə Putinin gənc göstərilməsi reallıqdır. Hər liderin şəxsi PR ( Public Relations – yəni İctimaiyyət Əlaqələr) komandası olur. PR komandası liderin keyfiyyətli görüntülərinin yayılmasına xidmət edir.

Ukrayna ərtafında formalaşmış informasiya blokadası primitiv məlumatları dövriyyəyə buraxır. Hədəf Rusiya siyasi elitasının gözdən düşürülməsidir. Rusiyanın onsuzda işğalçılıq siyasətinə görə bu tendensiya ilə üz-üzə qaldığını hesab edirəm”.

Nəsimi Ələsgərli