!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fikrət Əmirov Konfrans-Konsert Mərkəzinin açılışı - FOTO

!Reklam – Yazi

İyunun 5-də Xəzər Universitetində, görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovin adını daşıyan Konfrans-Konsert Mərkəzinin və bəstəkarın baralyefinin rəsmi açılışı olub.

Yenicag.az xəbər verir ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Professor Hamlet İsaxanlı F.Əmirovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

H.İsaxanlı qeyd etdi ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və digər janrlarda yazılmış əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin zənginliyindən xəbər verir. .

Fikrət Əmirovun müxtəlif janrlarda biri-birindən əsrarəngiz musiqi əsərləri yaratdığını bildirən Hamlet İsaxanli deyib ki, bəstəkarın “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri ona böyük populyarlıq qazandırıb. O, həmçinin bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha çox işləyib. 1973-cü ildə o, “Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağıllarının motivləri əsasında “Min bir gecə” baletini yazıb. Bu balet Fikrət Əmirovu dünyada daha da məhşurlaşdırıb. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri “Nizami” baleti olub.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının SədriFirəngiz Əliyeva, Fikrət Əmirovun qızı Sevil Əmirova və digərləri çıxış etdilər.

Tədbir Xəzər Universiteti Kamera Orkestrinin və tələbələrdən ibarət rəqs qruplarının ifasında bəstəkarın əsərlərindən ibarət əsərlər səsləndirilib və balet nümayiş etdirilib.

www.yenicag.az

2315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv