Fikrət Qoca: “Balamın qatillərini heç vaxt bağışlamaram”

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər – Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

“Qafqazinfo”nun məlumatına görə proses üzrə ilkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə fervalın 2-də keçiriləcək.

Yenicag.az-a açıqlama verən Fikrət Qoca dövlətin qanunlarına inandığını deyib:

“Heç kim balamı geri qaytarmayacaq. Amma onu mənim əlimdən alan qatillər layiqli cəzalarını almalıdırlar. Dövlətin qanunlarına inanıram və əminəm ki,günahkarlar caza çəkmədən azadlığa buraxıla bilməz. Mən balamı öldürən qatilləri heç vaxt bağışlamaram. Bu dərdi özümlə məzara aparacam”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Nehmətov 5 il, P. Hüseynov 2 il, R. Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib”.

Cəvahir