!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fikrət Qoca öldürülən OĞLU barədə: “Onun düşmənləri...”

!Reklam – Yazi

Oğlunu faciəli şəkildə itirən xalq şairi Fikrət Qoca oğlu Yalçınla bağlı Yeniçağ.a-az-a danışıb.

– Fikərət müəllim, oğlunuzun döyülüb, öldürülməyindən xəbəriniz vardı?

– Yox, ay bala, hardan xəbərim olacaqdı ki? İndicə öyrənmişəm. Daxili İşlər Nazirliyi sağ olsun ki, bu cinayətin üstünü açıb. Səhərdən hamı məndən soruşur ki, nolub, çaşıb qalmışam, mən hardan biləydim ki, oğlumu öldürüblər? Lap bilsəydim də nə edə bilərdim ki? Dərdim kifayət qədərdir… Əsas odur ki, cinayət gizlin qalmayıb. Balamın qatilləri tutulub.

– Sizcə, bu cinayəti kim törədib?

– Bilmirik. Hadisəni də elə DİN -nin açıqlamasından bilmişik. Oğlum uzun illər vəzifələrdə işləyib, mən hardan biləydim ki, onun kimləsə ədavəti var, ya yox? Onun düşmənləri olub, ya yox? Mən bildiyimə görə heç bir düşməni yoxuydu.

– Oğlunuz nə işlə məşğul idi?

– O qədər olub ki… Lazım gələndə fəhləlik də edib, amma heç vaxt qudurğanlıq etməyib, başıaşağı olub. 1995-ci ildən də AYB-in üzvüdür.

– Son günlərədək hansı vəzifədə çalışırdı?

– Evdə oturub, yazıçılıq edirdi.

– Sizin düşməniniz vardı?

– Yox, alverçi deyiləm, vəzifədə deyiləm, istintaq işçisi deyiləm, mən hardan bilim nə məsələdir?!

– Allahdan sizə səbr diləyirik.

– Artıq oğlumu itirmişəm, indən belə oğlum dirilməyəcək ki, mənə olan oldu.

 

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv