Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

Fikrət Qocadan məhkəməyə etiraz: “Oğlum öz-özünü öldürüb?”  

Ali Məhkəmədə Xalq şairi Fikrət Qocanın oğlunu qəsdən öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində olan hökmdən prokuror tərəfindən verilən protest və müdafiəçi tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

Məhkəmənin qərarı ilə protest və şikayətin heç biri təmin edilməyib.

Yenicag.az-a açıqlama verən Fikrət Qocanın məsələyə münasibəti belə olub:

“Prokuror oğlumun qatilinə 19 il iş istədi, amma vermədilər. Ona cəmi beş il iş kəsdilər, hələ bir narazılıq da edir? Belə çıxır ki, oğlum öz-özünü öldürüb? Onsuz da nə etsək də, oğlum dirilən deyil. Amma belə haqsızlıq da etmək olmaz axı”.

Qeyd edək ki, Elnur Nəhmətov, Ruslan Məmmədov və Pərviz Hüseynov Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilərək həbs olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Nehmətov 5 il, P.Hüseynov 2 il, R.Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladığından E.Nəhmətovun vəkili qərardan kassasiya şikayəti vermişdi.

Cəvahir

www.yenicag.az

3525
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM