!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Fikrət Qocadan ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Oğlum ölümündən əvvəl..."

!Reklam – Yazi

Xalq şairi Fikrət Qoca dünyasını dəyişən oğunun itkisinə dözə bilmədiyini deyib.

Yeniçağ.az-a açıqlama verən şair göz yaşlarına hakim ola bilməyib:

“Yalçının məni yarıyolda qoyub gedəcəyini ağlıma da gətirməzdim. Deyəndə ki, Yalçın yolda yıxılıb, xəstəxanaya aparırlar, dünya başıma fırlandı. Oğul itkisi belimi bükdü”.

Şair oğlu ilə son görüşünü də xatırlayıb:

“Elə bil ürəyinə damıbmış. Ölümündən əvvəl Yalçın mənə zəng eləmişdi, hal-əhval tutduq, ordan-burdan danışdıq. Həmişə deyirdi ki, ata, dərmanlarını vaxtlı-vaxtında qəbul et, çox narahat idi mənə görə. Bu dəhşətli itkinin ağırlığını özümlə o dünyaya aparacağam. Yalçını hamı çox istəyirdi… Yaram təzədir, onun haqqında danışmaq mənə çox ağırdır…”

Qeyd edək ki, Fikrət Qocanın iki qızı, bir oğlu vardı. Şair-tərcüməçi Yalçın Qoca dünən 52 yaşında dünyasını dəyişib.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

822
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv