Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qocanın dəfn ediləcəyi yer məlum olub.
Yenicag.az xəbər verir ki, AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.
“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da götürüləcək”, – o deyib.
F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.