Filippin sahillərində güclü zəlzələ

Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Saranqani rayonundan 22 kilometr aralıda, ocağı isə 27 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.