Filippin və Yaponiya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayacaq

Sabah Filippin və Yaponiya müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.

APA-nın xəbərinə görə, bu barədə Filippin Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Saziş çərçivəsində Filippin və Yaponiya hərbçiləri təcrübə mübadiləsi apara biləcəklər.

Sazişi iyulun 8-də Manilaya səfər edəcək Yaponiyanın xarici işlər naziri Yoko Kamikava və filippinli həmkarı Minor Kixar imzalayacaq.

 

COP29