Filippində təbii fəlakət: 182 ölü – VİDEO

Filippində tüğyan edən tropik qasırğa ciddi tələfatla nəticələnib.

Yenicag.az xəbər verir ki, qasırğa nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində son məlumata görə, 182 nəfər ölüb. İtkin düşənlərin sayı daha çoxdur.

Ölümlə nəticələnən hadisələrin əksəriyyəti Mindanao adasında qeydə alınıb.

Ölkə ərazisində 44 min nəfər üçün nəzərdə tutulmuş 608 təxliyə mərkəzi yaradılıb.