Filippində torpaq sürüşməsi – Ölənlərin sayı 85-ə çatdı

Filippində şiddətli yağışlarla meydana gələn sürüşmələr nəticəsində ölənlərin sayı 85-ə çatıb.

Yenicag.az xəbər verir ki, 69 nəfər Bikol regionunda, 13 nəfər Şərqi Visayi, 3 nəfər isə digər regionlarda ölüb.

16 nəfərin isə itkin düşdüyü bildirilib.

Xilasetmə və axtarış əməliyyatları davam etdirilir.