Filippin hakimiyyəti Taal vulkanının bir kilometr kül sütunu püskürməsindən sonra 80 min nəfərdən çox əhalisi olan Batanqas vilayətinin üç yaşayış məntəqəsini təxliyə etməyə başlayıb.
Yenicag.az xəbər verir ki, evakuasiya üç şəhərdə – San-Nikolas, Balete və Talisayda aparılır.
2015-ci ilə olan məlumata görə, onların əhalisi müvafiq olaraq 22, 22 və 45 min nəfər təşkil edib.