Filippində zəlzələ baş verib

Filippinin Suriqao şəhərinin yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.

Yeniçağ.Az xəbər verir ki, zəlzələ nəticəsində 1 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.

Yeraltı təkanların episentri Suriqao şəhərindən 13 kilometr cənub-qərbdə, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.

Yeniçağ.Az