“Final” çay markası şəhid xanımları üçün təşkil olunan layihəni dəstəklədi – FOTOLAR

8 noyabr- Zəfər günü münasibətilə “Park Bulvar” AVM-də şəhid xanımları üçün “Zəfərə Zərif”
layihəsi təşkil edilib.
“Final” çay markasının dəstəyi ilə “Müasir Psixalogiya Mərkəzi” ilə əməkdaşlıq çərçivəsində baş
tutan layihədə şəhid xanımlarına 1 ay ərzində müxtəlif sənət mərkəzlərində və atelyelərdə
təlimlər keçirilib. Burada xanımlar toxuculuq, rəssamlıq və həmçinin müxtəlif sənət
nümunələrinin hazırlanması öyrədilib.
Təlimlərin sonunnda “Park Bulvar” AVM-də xanımlar tərəfindən hazırlanan əl işlərindən ibarət
sərgi keçirilib.
Tədbir çərçivəsində ziyarətçilər “Final” çayına qonaq olublar.
Sonda sərgidə əl işlərini nümayiş etdirən şəhid xanımlarına “Final” çay markasından hədiyyələr
təqdim edilib.