Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları davam edir.
Yenicag.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.
“Səbail” öz meydanında “Zirə”ni qəbul edib. Uzun müddət idi qələbəyə həsrət olan zirəlilər nəhayət bu görüşdə 3 xala sevinməyə nail olublar
Digər oyunda isə “Keşlə” ikincilik uğrunda yarışan “Qəbələ”nin qonağı olub. Ölkə kubokunun finalçılarının dueli maraqla gözlənilirdi. Bu qarşılaşmada komandalar hərəyə 1 qol vurublar və 1 xalla kifayətləniblər.
Qeyd edək ki, tura sabah keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
26-cı tur
5 may (şənbə)
“Səbail” – “Zirə” 0:1
Qol: Müşfiq İlyasov, 16.
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov
“Bayıl Arena”
“Qəbələ” – “Keşlə” 1:1
Qollar: Slavik Alxasov, 11 – Stiven Monroz, 31.
Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
Qəbələ şəhər stadionu.