Finişə çata bilməyən xizəkçimizdən xəbər var

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən xizəkçi Patrik Braxner gələcək karyerası ilə bağlı qərar verib.

Yenicag.az xəbər verir ki, milliləşən avstriyalı bir daha start xəttinə çıxmayacağını bəyan etsə də, o, buna tam əmin olmadığını bildirib: “İndi bir az istirahətə ehtiyacım var. Amma heç vaxt “heç vaxt” demək olmaz”.

Qeyd edək ki, Pxençxan-2018-də slalom yarışlarında qüvvəsini sınayan təmsilçimiz finişə çata bilməmişdi.

COP29