Finlandiya ərazisində hərbi bazaların yerləşdirilməsi üçün NATO üzvləri ilə danışıqlar aparır.
Yenicag.az-ın xəbərinə görə, bunu Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen bildirib.
O deyib ki, hətta real təhlükə olmasa belə bu məsələ aktuallığını qoruyur. Nazir bildirib ki, əsas məqsəd böhran vəziyyətlərində operativ reaksiyanın təmin olunmasıdır:
“Bir neçə Avropa ölkəsi ilə analoji səpkili müzakirələr aparılsa da, təfərrüatları açıqlamaq istəmirəm. Danışıqların əsas məqsədi Finlandiyanın təhlükəsizliyini təmin edəcək dövlətləri müəyyən etməkdir. Bu isə Kollektiv Müdafiə Haqqında Razılaşmanın 5-ci bəndinə tamamilə uyğundur”.
Nazirin sözlərinə görə, Finlandiya hökuməti hazırda müttəfiqləri ilə sərhədyanı bölgələrdə birgə təlimlərin keçirilməsini müzakirə edir./Apa/