Finlandiya prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

Finlandiya prezidenti Sauli Niinistö Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub göndərib.

“Cənab Prezident, Finlandiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərimi qəbul edin. İki onillikdən artıq davam edən ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırıb. Əminəm ki, biz gələcəkdə daha yüksək əməkdaşlığın şahidi olacağıq. Cənab Prezident, ən dərin ehtiramımı, ölkənizə sülh və firavanlıq arzularımı qəbul edin”, – məktubda deyilir.

Yeniçağ.Az

COP29