Finlandiya prezidenti əməliyyat olundu

Finlandiya prezidenti Sauli Niiniste cərrahiyyə əməliyyatına məruz qalıb.

Yencag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, əməliyyat uğurlu olub. Artıq ölkə prezidenti evə buraxılıb. Lakin onun tam sağalması üçün bir həftə vaxt lazımdır.

Həkimlər prezidentə səfərə, səyahətə çıxmamağı tövsiyə ediblər. Ancaq o, sağalana qədər gündəlik işi ilə məşğul ola bilər.

COP29