Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Finlandiyada parlament seçkiləri başladı

Finlandiyada yerli vaxtla saat 09:00-da parlament seçkiləri başlayıb.

Yenicag.az-ın məlumatına görə, ölkə ərazisində 911 seçki məntəqəsi açılıb. Əhalinin 36,5 faizi 3-9 aprel tarixlərində vaxtından əvvəl səs verib və ilk öncə məntəqələr baölandıqdan sonra – saat 20:00-da bu səsvermənin nəticələri elan ediləcək.

Finlandiyanın 18 yaşa çatmış hər bir vətəndaşı səsvermə hüququna malikdir. Hər bir seçici şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.

Ölkə 13 seçki dairəsinə bölünüb. Ölkədə 4 255 466 seçici hüququna malik insan var.

Ümumilikdə parlament seçkilərində 19 partiyanı təmsil edən 2468 namizəd var.

www.yenicag.az

2991