Azərbaycan fiqurlu konkisürəni Səbinə Əliyeva Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” turnirində dünya çempionatına vəsiqə qazanıb.
Yenicag.az xəbər verir ki, idmançı yarışda 128,27 xalla ikinci yeri tutub.
Səbinə Əliyeva 2024-cü il fevralın 26-dan martın 3-dək keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.