Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Fira: “Dubayda kef edirlər, maska taxmadığına görə adamı boğmurlar” - FOTOLAR

“Dubayda insanlar kef edir, bizdəki kimi polislər küçələrə tökülüşməyib”

Bunu Yenicag.az-a açıqlamasında bayram günlərini Dubayda keçirən tanınmış aparıcı Fira Cəlilova deyib.

Aparıcı Dubayda koronavirusun hiss olunmadığını bildirib:

“Dubaya işlə bağlı getmişdim, necə deyərlər, həm ziyarət, həm ticarət oldu. Ölkəmizdə olduğu kimi orada “korona”nı hiss edə bilmədim. Orada insanlar kef edir, polislər küçələrə tökülüşməyib. Maska taxmadıqlarına görə adamları sıxma-boğmaya salmayıblar. Kim necə istəyir, elə də edir. Bəziləri maska taxır, bəziləri taxmır. Yəni, buna görə səni heç kim boğub öldürmür. İnsanlar həyatdan zövq alır, rahatdırlar, əcnəbilər tökülüşüb küçələrə. Orada həyat gecə saat 1-ə qədər davam edir. Saat 1 olanda isə restoranlar, klublar, mağazalar bağlanır. Hər kəs qaydalara əməl də edir. Məsafəsini saxlayır, peyvəndlənib. Peyvəndlənən insanlar bütün dövlət orqanlarına daxil olmaqda sərbəstdir. Baxmayaraq ki, peyvəndləmə könüllüdür, hər kəs peyvənd etdirir. Orada iri ticarət mərkəzləri də işləyir. Amma Bakıda elə bir küçə yoxdur ki, polislər sırabasıra düzülməsin, maska taxmadığına görə insanları cərimələməsinlər”.

Cəvahir

Loading...

www.yenicag.az

487
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100