Firəngiz Mütəllimovanın paylaşımı hər kəsi GÖZ YAŞINA BOĞDU – VİDEO

Xalq artisti Firəngiz Mütəllimovanın 29 il əvvəl çəkilən arxiv videosu görənləri kövrəldib.

Yenicag.az xəbər verir ki, sənətçi 1993-cü ildə lentə alınan mərhum Xalq artisti Rafael Dadaşovla birlikdə çəkildiyi filmdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Aktrisa diplom işi olan “Mənim ağ şəhərim” adlı həmin filmdən bir kadrı “ Sevimli Xalq artisti Rafael Dadaşovla… Allah rəhmət eləsin. Heyf o vaxtkı filmlərimizdən. İnsanlara sanki həyat dərsi öyrədirdi” şərhi ilə təqdim edib.

Aktrisanın paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

İzləyicilər köhnə filmlərin nostaljisi ilə yaşadıqlarını, həmin filmlərdən və o sənətkarlardan bir də olmayacağını təəssüf hissi ilə bildiriblər:

“Görəsən, niyə köhnə filmlərimizə baxanda içim burxulur? Bəlkə də yerləri doldurulmayacaq sənətkarlarımızın yerləri…

Ölməz sənətkarlarımıza indi ehtiyac var. Heyf ki, gedən geri qayıtmır…”

Videonu təqdim edirik:

Cəvahir