Fırıldaqçı qadına hökm oxundu

89583Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə Məmmədovaya hökm oxunub.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda Səkinə Məmmədova 8 il müddətinə azadlıqdan məhrum edilib. S.Məmmədova zərərçəkənlərə 103 min manatı ödəməli olacaq.

Qeyd edək ki, 48 yaşlı Səkinə Məmmədova Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək ümumilikdə 103 min 650 manat dələduzluq edib.