Fırtına məscidin minarəsini AŞIRDI – VİDEO

Türkiyənin Kırıkkale şəhərində fırtına olub. Güclü fırtına Güzelyurt qəsəbəsinin məscidinin minarəsini aşırıb.

Yenicag.az Haber Global-a istinadən xəbər verir ki, minarə aşan zaman yaxınlıqdan keçən elektrik xətlərinin üzərinə düşüb.

Nəticədə elektrik naqilləri, dirəklər sıradan çıxıb. Elektrik enerjisinin verilişində fasilə yaranıb.

Hadisə yerində aidiyyəti qurumlar işləyirlər.