Fırtına və daşqın 9 nəfərin ölümünə səbəb oldu

İranda son iki gündə baş verən fırtına və daşqınlar nəticəsində 9 nəfər ölüb, 59 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, Tehranda güclü külək nəticəsində 27 nəfər xəsarət alıb.

Mazandaranda daşqınlar nəticəsində 16 kənddə 9 yaşayış məntəqəsi dağılıb, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Bundan əlavə Kənduvan yüksəkliklərindən qayaların düşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb, 8 avtomobilə zərər dəyib.