Firudin Cəlilov Əli Kərimliyə ağır sözlər dedi – Video

Keçmiş millət vəkili, AXC-Müsavat hakimiyyətinin üzvü Firudin Cəlilov Əli Kərimlinin ona sui-qəsd təşkil etməsi ittihamına cavab verdi.

Yenicag.az xəbər verir ki, Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olan sabiq nazir Firudin Cəlilov ölkədə baş verən siyasi prosesləri təhlil edərkən, keçmiş cəbhədaşlarının ünvanına ağır ifadələr işlədib.

Firudin Cəlilov AXCP sədri Əli Kərimlini və onun ətrafını vicdansızlıqda, həyasızlıqda ittiham etməklə yanaşı, müxalifətin mitinq keçirtmək üçün haralardan və hansı yollarla pul almaları ilə bağlı faktları açıqlayıb.

Verilişin qonağı AXC-Müsavat hakimiyyəti zamanı yaşanan sirli məqamlardan və Əbülfəz Elçibəyin öz komandası tərəfindən faktiki olaraq girov kimi saxlanılmasından danışıb.

Xatırladaq ki, “Sadə həqiqətlər” verilişi bu gün saat 22:00-da yayımlanacaq.

COP29