Firuzə İbadova Cavanşir Məmmədovun müdafiəsinə qalxdı: “Dili də var, dilçəyi də…”

Əməkdar artist Cavanşir Məmmədovun “Eurovision”a getmək istəyərəm, orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər” sözləri hələ də şou-biznes aləmində müzakirə olunmaqdadır. Sosial şəbəkələrdə sənnətçinin bu sözlərini istehza ilə qarşılayanlar da az deyil.

Yenicag.az-a açıqlam verən Cavanşir Məmmədovun duet ortağı, Əməkdar artist Firuzə İbadova sənət dostunun müdafiəsinə qalxıb:

“Cavanşir müəllim demir ki, mütləq gedib qalib olacam. Onun sözünü düzgün anlamayıb qınadılar ki, ay bu onun yaşına-başına yaraşmır… Bu sözün başına ip salıb başladılar müzakirə etməyə. Amma Cavanşir müəllim sənətdə sözünü demiş sənətkardır. Sual verdilər ki, siz “Eurovision”a qatılmaq istəyərsiz, o da cavab verdi ki, bəli. Hər halda, yox deyə bilməzdi. Çünki zəif musiqiçi və zəif insan deyil…

Mən onun sözlərində heç bir qəbahət görmürəm. Musiqiçidir, ürəyindən keçəni deyib. Cavanşir müəllimin dili də var, dilçəyi də. Sözünün də ağasıdır. Həm gözəl musiqiçidir, həm də yüksək səviyyədə müğənni. Vacib deyil insanın 3-4 oktava səsi olsun, əsas odur, insanın musiqi duyumu, savadı var”.

Cəvahir

COP29