Fıstıqlı peçenye gənc qızın həyatına bais oldu

Nyu-Yorkda 25 yaşlı rəqqasə supermarketdən peçenye aldıqdan sonra ölüb.

Yenicag.az xəbər verir ki, gənc qadın vanilli Florentin peçenyesini yeyib və şiddətli allergik reaksiya nəticəsində anafilaktik şok keçirib. O, qısa müddət sonra həyatını itirib.

Rəqqasənin vəkili Marijo Adimey gənc qızın ölümünə peçenyedəki fıstıqların səbəb olduğunu bildirib.

Fıstığa qarşı allergiyası olan gəncin aldığı peçenyenin tərkibində bu qidanın olduğu bildirilməyib.

COP29