“Fitch Ratings” Azərbaycanın reytinqini təsdiqlədi

Fitch Ratings” Azərbaycanın reytinqini təsdiqləyib.

Yenicag.az “Fitch”in rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitentinin defolt reytinqini mənfi proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

Qeyd edilib ki, neqativ proqnoz özündə koronavirus pandemiyasının iqtisadiyyata təsirini, o cümlədən, qlobal miqyasda neft qiymətlərinin bərpası ilə əlaqədar qeyri-müəyyənliyin davam etməsini, eləcə də, COVİD-19-un ikinci dalğasının Azərbaycanın xarici buferlərinə potensial təsiri və makroiqtisadiyyatın nizamlanmasında davam edən riskləri əks etdirir.