“Fitch” Türkiyənin reytinqini azaltdı

“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib.

Yenicag.az xəbər verir ki, qurumun reytinq üzrə proqnozu isə “Mənfi”dir.

“Fitch” qərarını Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə izah edib.

Xatırladaq ki, rəsmi Vaşinqton Ankara və Moskva arasında bu cür əməkdaşlığın əleyhinədir./Report/