“Fitch”in Azərbaycana qarşı İQTİSADİ BLEFİ: “Bu göstəricilərin ilin sonuna qədər dəyişməsi…”

“Hazırda ölkənin enerji resurslarının xarici bazara çıxarılmasında və büdcə gəlirlərində ciddi artımlar var”.

Bu fikirləri “Fitch” reytinq agentliyinin Azərbaycanla bağlı açıqladığı mənfi proqnozların reallığa uyğunluğunu dəyərləndirən iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ölkənin mövcud iqtisadi vəziyyətinə əsaslanaraq, “Fitch”in proqnozunun özünü doğrultmayacağını söyləmək mümkündür:

“Ümumiyyətlə, “Fitch” reytinq agentliyi və digər beynəlxalq qurumların məlumatları aksiom deyil. Bunlar sadəcə, proqnozdur. Həmin proqnozların tam obyektiv olduğuna inanmaq da düzgün deyil. Bu baxımdan, hesab edirəm ki, hələ ilin axırına 2 ay müddət var və mövcud situasiya ciddi şəkildə dəyişə bilər.

Fikrimcə, ölkədə iqtisadi inkişafı təmin edən makroiqtisadi göstəricilər tam sabitdir. Həmçinin onu da qeyd etmək lazımdır ki, büdcədə profisit yaranıb və 3 milyon manata yaxın əlavə vəsait əmələ gəlib. İlin sonunda bu məbləğin daha da artacağı gözlənilir. Beləliklə, “Fitch”in proqnozunun özünü tam doğrultmayacağını söyləmək mümkündür.

Digər tərəfdən, hökumətin inflyasiya ilə əlaqəli tədbirlər planının icrası davam edir. Bu göstəricilərlə bağlı hazırda İqtisadiyyat Nazirliyinin müəyyən açıqlamaları var. Həmin açıqlamalara əsasən, ötən ilə nisbətən inflyasiya tempi səngiyib. Hər halda, dövlət də çalışır ki, inflyasiyanı birrəqəmli həddə saxlasın.

Deyilənləri nəzərə alaraq düşünürəm ki, böyük ehtimalla, ilin sonunda inflyasiya ilə bağlı göstəricilər dəyişəcək. İqtisadi artımın 3 faizə yaxın olacağını söyləyə bilərik. Çünki hazırda ölkənin enerji resurslarının xarici bazara çıxarılmasında və büdcə gəlirlərində ciddi artımlar var”.

Yusif Səmədzadə

COP29