!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fitrə nə vaxtadək verilməlidir? – Məbləği açıqlandı – VİDEO

!Reklam – Yazi

11 ayın sultanı sayılan mübarək Ramazan ayının bitməsinə az qalıb. Ramazan ayında oruc tutmaqla yanaşı, vacib olan başqa ibadətlər də var. Bunlardan biri də islam dinində vacib sayılan fitrə sədəqəsidir.

Ramazan ayı bitmədən müsəlman olan hər kəs fitrə sədəqəsi verməlidir. Ancaq bu zaman diqqətediləcək hallar da var.

Acların doyurulduğu, ehtiyac sahiblərinin üzünün güldüyü Ramazan ayı fitrə sədəqəsi kimi vacib əməllə bitir. İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, fitrə sədəqəsi islam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

Ağa Hacıbəylinin “Xəzər Xəbər”ə açıqlamasına görə, özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsini saxlamaq üçün borc edən bir şəxs fəqirdir. O şəxsin fitrə sədəqəsi verməsi vacib deyil. Fitrə sədəqəsinin həcmi isə daha çox hər kəsin süfrəyə qoyduğu yeməklərin dəyəri ilə ölçülür.

Fitrə sədəqəsi yalnız ehtiyacı olanlara verilməlidir.

Onu da qeyd edək ki, fitrə sədəqəsinin həcmini hər il Qafqaz müsəlmanları idarəsi müəyyən edir. Bu il üçün fitrə sədəqəsinin məbləği 5-10 manat arasında məsləhət görülür.

www.yenicag.az

11915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv