Fitsoya içində güllə olan zərf göndərildi

Slovakiya hökumətinin ofisinə ölkənin baş naziri Robert Fitsonun adına güllə olan zərf gəlib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, konstitusiya xadimlərinin və diplomatik nümayəndəliklərin müdafiəsi idarəsinin əməkdaşları şübhəli əşyanı səhər poçt yoxlaması zamanı aşkar ediblər.

Güllənin olduğu zərf birbaşa baş nazirə ünvanlanıb, göndərən göstərilməyib. Bildirilir ki, kartric məktubun rentgenoqrafiyası zamanı tapılıb.

Xatırladaq ki, Robert Fitsoya sui-qəsd mayın 15-də baş verib. Nazirlər Kabinetinin iclasından sonra siyasətçi ictimaiyyət qarşısına çıxanda atəş açılıb, nəticədə Fitso yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xüsusilə qarın boşluğunda qansızma diaqnozu qoyulub, əməliyyat olunub və süni komaya salınıb.

Baş naziri güllələyən şəxs elə həmin gün saxlanılıb. Onun Levice şəhərindən olan Juraj Cintula adlı 71 yaşlı kişi olduğu üzə çıxıb. İndi onu ömürlük həbs gözləyir. Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri Matus Şutai-Eştok Fitsoya hücumun siyasi motivli olduğunu bildirib. /unikal

COP29