!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanları inkişaf etdirilir

!Reklam – Yazi

4e2c667b-f994-443c-8224-c4396ec9aa2b16 iyul 2016-cı il tarixdə İstedadlı əlillər ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Park İnn” Mehmanxanasının təşkilatı dəstəyi ilə “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” layihəsi çərçivəsində əlilliyi olan şəxslərin hüquq, təhsil, incəsənət məsələlərini əhatə edən konfrans təşkil etdi.

Tədbirin aşılışını Birliyin sədri Cavad Qasımov açaraq qardaş Türkiyədə baş verən hadisələr zamanı dünyasın dəyişən insanların ruhun bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Sonra layihənin əhəmiyyətindən danışaraq qeyd etdi ki, “-Birliyimiz bu layihə çərçivəsində əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə əlaqəli həm fərdi həm də ümumi olaraq bir çox işlər görmüşdür. Belə ki fərdi olaraq bizə müraciət edən insanlara hüquqi yardım, Sosial yardımın təyin olunması, əlilliyin təyin edilməsi, müalicə, istirahətə göndərilmə və s. məsələlərlə əlaqəli dəstək vermişik. Ümumi olaraq əlilliyi olan insanların müasir reabilitasiya avadanlıqları ilə təmin edilməsi mövzularında bir çox təkliflərlə aidiyatı təşkilatlara müraciətlər və bu mövzuda çıxışlar etmişik. Təhsil məsələləri ilə əlaqəli olaraq Birliyimiz birinci növbədə inkulizv təhsilin Beynəlxalq standartlara uyğunlaşdırılmasının tərəftarıdır və bu istiqamətdə Təhsil Nazirliyi və aidiyatı qurumlar qarşısında mövcud problemlər və həlli yolları mövzularında çıxışlar etmişik. Eyni zamanda Birliyimiz tərəfindən əlilliyi olan insanlar üçün, şəhid və imkansız ailələlərin üzvləri üçün ofisimizdə Şəms tərcümə Mərkəzinin dəstəyi ilə ödənişsiz olaraq İngilis dili və Rusili kursları təşkil etmişik. Bunla bərabər 1saylı Sağlamlıq imkanları Məhdud Gənclərin Peşə Reabiltasiyası Mərkəzinin üzvlərinə “Layihə Univeristeti”ni təlim etmişik ki, bu da gənc əlillərimizin gələcəkdə işlə təmin olunması baxımından və onların fəaliyyətindən cəmiyyətimizində faydalanması baxımından əhəmiyyətlidir. İncəsənətə əlaqəli Birliyimiz əlilliyi olan istedadlı şəxslərin çoxsaylı sərgilərin , konsertlərin təşkil etmişdir və istedadlı yazarların kitabların nəşr etdirmişdir, eyni zamanda birliyimiz bəzi reabilitasiya mərkəzlərində sorğular və manitorinqlər təşkil etmişdir, insanların marifləndirilməsi məqsədi ilə əlilliyin təyin edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qaydalarını əks etdirən broşuralar cap edərək layihə iştrakçılarına paylamışdır…”

Sonra konfransda iştrak edən Millər Vəkili Qənirə xanım Paşayeva konfransda çıxışı zamanı fiziki imkanları məhdud şəxslərlə bağlı dövlət səviyyəsində görülmüş işlərlə yanaşı həllini gözləyən problemlərdən də danışıb və bir millət vəkili olaraq bundan sonra da fəaliyyətində əlilləri narahat edən məsələlərə bundan sonra da daim diqqət və önəm verəcəyini deyib.

1. Fiziki imkanları məhdud şəxslərin inkluziv təhsili
2. 1 və 2-ci qrup lillərin ödənişli ali təhsildən azad edilməsi
3. Qurum, təşkilat və bunalarda əlillər üçün pandusların quraşdırılmasının surətləndirilməsi
4. İş yerlərində əlillər üçün ayrılan iş yerləri kvotaları ilə bağlı qanunvericiliyin həyata keçirilməsinə ciddi nəzarət
5. Bakı şəhərində bir sıra bölgələrə əlillərin hərəkəti üçün ictimai nəqliyyatın hərəkətinin təmin edilməsi
6. Bakı şəhərində istedadlı əlillərin əl işlərinin satılmasını təmin edən bir mərkəzin olması kimi vacib məsələlərlə bağlı təklifləri təkrar müvafiq qurumlarla müzakirə edəcəyini, fziki imkanları məhdud insanlarımız və QHT-lərimizin təkliflərini onların diqqətinə çatdıracağını və bəzi təklifləri Milli Məclisdə səsləndirəcəyini söyləyib. Bəzi təşkilatların təkliflərini də dinləyən millət vəkili Q.Paşayeva onlarla geniş fikir mübadiləs aparıb və onlarla bağlı bir sıra dövlət qurumlarına millət vəkili kimi müraciətlər edəcəyini deyib. Daha sonra Müharbə və Əmək Vetranları Ponsianatının drektoru Qətibə xanım Əsədova, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin drektoru Rahilə xanım Həsrətova, Respublika Əlillərin Bərpa Mərkəzinin Baş Həkimi Günay xanım Rəfiyeva, ƏƏSMN-nin nümayəndəsi, QHT-nın rəhbərləri “Sosial xidmətin təşkili” , “Əlilliyin təyin edilməsi meyarları” , “Dövlət və Sosial Siyasət” , “Əlilliyi olan insanları təhsil hüquqları” , və s. vacib mövzular haqqında çıxış etdilər. Konfransda iştrak edən Hökumət və QHT-nın nümayəndələri, hüquqşünaslar, əlilliyi olan insanlar mövzu ətrafında geniş müzkirələr apardılar. Konfransda mövcud vəziyyət, problemlər və həlli yulları, yeni təkliflər ətrafında fikirlər müzakirələrin əsasını təşkil edirdi.Konfransın sonunda İstedadlı Əlillər İctimai Birliyinin idarə heyətinin üzvü Qubad Qasımov “Kənar şəxsin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslərə, fiziki məhdud uşaqlara və ahıllara fiziki xidmət edən şəxslərə müavinət təyin edilməsi və həmin şəxslərin təqaüdə çıxma vaxtı göstərdikləri fiziki xidmət müddəti onlara sğorta stajı olaraq hesablanması barədə Əmək Pensiyaçıları haqqında qanunda öz əksini taması üçün Birliyin hazırladığı təkliflərin və konfransda müzakirə olunan məsələləri ümumiləşdirilərək aidiyatı təşkilatlara göndəriləcəyini və bu məsələlərlə əlaqəli olaraq həmin təşkilatlarla əməkdaşlıq ediləcəyini , konfransda müzakirə olunan məsələlərin real nəticəsinin həlli edilməsi yönündə işlərin aparılacağını” söylədi.

Sonra Konfrans iştrakçıları çay süfrəsi ətrafında qeyri-rəsmi müzakirələri davam etdirdilər

www.yenicag.az

895
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv