!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fiziki məhdudiyyətli azərbaycanlı Türkiyədə deputatlığa namizədliyini irəli sürdü

!Reklam – Yazi

“Gülüstan” Kimsəsiz Uşaq və Qadınlara Yardım Dərnəyinin qurucusu və hazırkı sədri Vəfa Aktuz 24 iyunda Türkiyədə keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb.

Yenicag.az xəbər verir ki, “Gülüstan” dərnəyinin sədri Vəfa Aktuz İstanbul 1-ci bölgədən millət vəkilliyi postu üçün rəqibləri ilə yarışacaq. AKP sıralarında mübarizə aparan Vəfa Aktuz seçkilərə “Osmanlıya vəfa zamanı! İstiqamət ismət və şərəf yoludur!” şüarı ilə qatılacaq:

“Artıq əcdadlarımıza vəfa zamanıdır. Mən özümü tanıyandan Osmanlı sevdalısıyam. Türkü və türklüyü sevirəm. Düşünürəm ki, bütün İslam dünyasını müdafiə edən tək dövlət Türkiyə Cümhuriyyətidir”.

Qeyd edək ki, o, 1985-ci ildə Azərbaycanda doğulub, daha sonra isə 3 yaşında olarkən ailəsi ilə birlikdə Moskvaya köçüb. Moskvada yol qəzası keçirən Aktuz dizdən aşağı iki ayağını da itirib. Lakin, bu bədbəxt hadisə onun cəmiyyətdə özünə layiqli yer tutmasına mane ola bilməyib. Belə ki, ibtidai və orta məktəbi Almetyevskidə bitirən Vəfa Aktuz bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini isə Türkiyənin Sakarya vilayətində alıb. Politologiya və idarəetmə fakültəsinin məzunu olduqdan sonra isə ictimai sahədə fəaliyyət göstərməyə başlayıb. Ailə, uşaq, qadın və fiziki məhdudiyyətli şəxslərin problemlərinin həlli üçün Azərbaycanda dövlətin dəstəyi ilə yüzlərlə sosial layihə həyata keçirən Aktuz, həmçinin, fiziki məhdudiyyətlilərin reabilitasiyası mərkəzlərində, qadın cəzaçəkmə məntəqələrində və sığınacaqlarında çalışıb.

Hazırda Vəfa Aktuz Türkiyə Cümhuriyyətinin vətəndaşıdır.

 

www.yenicag.az

3601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv