Fiziki şəxs öldükdən sonra vergi öhdəlikləri kimin üzərinə düşür?

Vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyir.

Yenicag.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, vəfat etmiş şəxsin varisi olmadıqda və ya varisi tərəfindən miras qəbul edilməməsinə dair notariat kontorlarından, vəfat etmiş şəxsin varisindən alınmış rəsmi məlumat olduqda vergi borclarının silinməsi vergi orqanında yaradılmış komissiyanın qərarı əsasında həyata keçirilir.

Vəfat etmiş şəxsin varisi olduqda və onun əmlakı varisə keçdikdə vəfat etmiş şəxsin vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir. Bu halda vəfat etmiş şəxslərin vergi borcları vərəsəlik əmlakının qəbul edildiyi tarixdəki dəyərinə uyğun olaraq onun əmlakını vərəsəlik qaydasında qəbul etmiş şəxslərdən yazılı qaydada tələb edilməlidir. Vərəsəlik əmlakını qəbul etmiş şəxs vəfat etmiş şəxsin vergi öhdəliklərini yerinə yetirməkdən imtina etdikdə vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əmlakın siyahıya alınması həyata keçirilir və məhkəməyə müraciət edilir.

COP29