!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fləş-kart boyda kompüter

!Reklam – Yazi

ABŞ-ın “Q-Stick” şirkəti adi fləş-kart ölçüsündə kompüter hazırlayıb.

Yenicag.az xəbər verir ki, mini-qadcet yeddi saniyə ərzində “Windows”, “Android” və ya “Linux” əməliyyat sistemini işə salaraq, istənilən televizoru fərdi kompüterə çevirməyə imkan verir.

Qurğu “Intel HD” qrafikasını, həmçinin 4K yayımını dəstəkləyir. Bundan başqa, kompüter 8 Gb əməli yaddaş, Bluetooth 4.1, Wi-Fi, bir neçə USB-konnektor və yaddaş kartı konnektoru ilə təchiz edilib.

Göy və qırmızı rənglərdə əlçatan olan “Q-Stick” kompüterini “Indiegogo” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasından əldə etmək olar. Qurğunun baza versiyasının qiyməti 129 dollardır. “Blaze Pro” isə alıcılara 179 dollara başa gələcək.

www.yenicag.az

3014
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv